İsveçrədə yeni prezident seçilib
Operativ Media

İsveçrə parlamenti iqtisadiyyat naziri Qi Parmeleni ölkənin 2026-cı il üçün prezidenti seçib.
Operativ Media bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
O bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəzləyib.
O, 2021-ci ildə də prezident vəzifəsini icra edib.
Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan Parmelen ixtisasca üzümçüdür.
İsveçrədə prezident vəzifəsi hər il Federal Şuranın yeddi üzvü arasında növbəlilik əsasında ötürülür.
İsveçrədə prezident vəzifəsi əsasən simvolik xarakter daşıyır.